Xəbərlər

Image

SİNQAPURDA MÖHTƏŞƏM TİKİLİNİN AÇILIŞI OLUB

Sinqapurun Changa hava Limanının yeni terminalı “Jewel Changi Airport” 4 il davam edən tikintidən sonra qapılarını qonaqlarının üzünə açdı Yəqin ki, bu il dünyada ən inanılmaz layihələrin açılış ili olacaq. Bu yaxınlarda İstanbulda dünyada ən böyük hava limanı açıldı. Onun ardı ilə Sinqapurun Changa hava Limanının yeni terminalı “Jewel Changi Airport” 4 il davam edən geniş miqyaslı inşaatdan sonra 17 apreldən qapılarını turistlərə və yerli əhalinin üzünə açdı. Tərcümədə Çanqi Hava limanının Cəvahiratı mənasını verən terminal möhtəşəmliyi ilə görənləri heyran edir. Xaricdən dəirmi və oval forması ilə 135 700 kvadratmetrlik böyük bir şüşə “ponçik” kimi görünür.

Yeni açılmış terminal Changi Hava limanını 4 terminalından 3-ünü birləşdirmək üçün nəzərdə tutulmuş çoxfunksiyalı kompleksdir. Onu da qeyd edək ki, Sinqapur Changi hava limanı dünyanın ən möhtəşəm Hava Limanları reytinqinə liderlik edir. Belə görünür yeni terminalla hələ uzun müddət liderliyi əldən verməyəcək.

Hava limanı terminalı məşhur memar Moshe Safdi tərəfindən hazırlanıb, tikintinin dəyəri 1,7 milyard dollardan çoxdur. Bina 10 mərtəbədən ibarətdir – 5-i yer altında və 5-i yerdən yuxarıdır. Hava limanının əsas xüsusiyyətlərindən biri, HSBC-nin 40 metrlik şəlaləsidir ki, bu binanın mərkəzində böyük bir okumadan keçib, dünyanın ən hündür daxili şəlaləsidir. Suyun axınının o qədər güclüdür ki, sərnişinlər hətta onu uzaqdan görmədən, Duty Free zonasından çıxandan şəlalənin səsini eşidirlər. Terminalın daha bir heyratləndirən fünksiyası 3 terminal arasında çalışan Skytrain qatarıdır. Qatar yolları 3 mərtəbənin hündürlüyündə olmaqla bütün Jewel Changi qalereyası daxilində inşa edilmiş bir körpüdən keçir. Beləliklə, qatarlar bir qayadan çıxaraq bir şəlalənin yanından keçir və başqa bir qayada “yox olur”

Şəlalə ilə yanaşı, Jewel Changi Aeroportu da 280 kafe, bar və restorandan ibarət ən böyük yemək zəncirinə malikdir. Binanın mərkəzində də ağac və yeşilliklə çoxsaylı çoxsəviyyəli bir bağ vardır. Qonaqlarının uzunmüddətli gözləmə zamanı darıxmaması üçün burada 11 İMAX kinoteatrı fəaliyyət göstərir. Layihəyə görə, binanın terminalı sayıldığı halda, əslində terminallar arasında bir qalereya funksiyası daşıyır, çünki uçma və ya sərnişini uçağa endirmək üçün heç bir çıxış yoxdur. Hava limanına gələn hər hansı bir qonaq bura gələ bilər. Hətta yerli insanlar bu möhtəşəmlikldə şəkil çəkdirib İnstaqrama yerləşdirmək üçün bura gəlirlər.



Sign In