Xəbərlər


Image

ANTALYANIN GƏZMƏLİ YERLƏRİ

Türkiyənin dünyaca məhşur turizm bölgəsidir. Çimərliklərin təmizlik göstəricisi olan Mavi Bayraqlı çimərlikləri ilə Antalya turizmin cənnət bölgəsi hesab edilir.Alanya, Side, Belek, Kaş, Kalkan, Kemer və Manavgat bölgələri ilə birlikdə dünyanın hər yerindən insanları özünə cəlb edir. Bura möhtəşəm yay kurrort məkanı olmaqla yanaşı min illiklərə dayanan tarixi abidələri ilə turistləri heyran etməyi bacarır. Antalya komfortlu və sakit istirahəti sevənlərlə yanaşı çılğın həyatı sevənlər üçün cə möhtəşəm məkandır. Kemer, Alanya və Sidenin gecə həyatı, rəngarəng əyləncələri ilə yay müddəti 24/7 hər kəsə möhtəşəm anlar yaşadır. Antalyanın gəziləcək yerləri

1. Antalya Olimpos: Təbii gözəlliyi ilə sanki bir cənnətdir. Kemer şəhərindən 28 kilometr uzaqlıqdakı Kumluca şəhərindəki Olimposda tarixi və təbiət sevənlərin vazkeçilməz bölgəsidir. Roma və Helenik dövrlərindən talan tarixi abidələri ilə Olimposu Antalyada görmək gəzmək istədiyini yerlərin siyahısına mütləq salmalısınız.

2. Düden şəlaləsi: Antalyanın gözəlliyi ilə turistləri cəlb edən gözəl bir inci. Muratpaşa kəndində yerləşən bu gözəl məkan restoran, əyləncə mərkəzi və ayrıca heyvanat bağçası ilə turistlərə gözəl anlar bəxş edir

3. Fosforlu mağara: Alanyada yerləşən Fosforlu mağara Antalyada görməli olduğunuz yerlərdən biridir. Kiçik qayıqla mağaraya daxil olub yay üçün möhtəşəm olan buz kimi sularda üzə bilərsiniz.

4. Ceneviz kəndi Antalyada görməli olduğunuz yerlərdən biridir. Olimpos bölgəsinə yaxın olan kənd təbiət qoynunda və şəffaf sularda istirahət istəyənlər üçün ideal seçimdir.

5. Aspendos Antik teatrı: Yunan əfsanələrinə görə Troya döyüşündən sonra inşa edilən teatr indiyədək tarixin izlərini özündə qoruyur. Antalyanın Serik ilçəsində yerləşən antik məkanı siyahıya əlavə edin.

6. Apollon məbədi: Antalyanın tarixini bütün ehtişamı ilə görə biləcəyiniz məkan. Yunan mifalogiyasında işıq tanrısı Apollonun adına inşa edilmiş məbəd sizi heyran edəcək. Yolunuz Sideyə düşsə ziyarət edin.


Sign In